Futbolçunun evinə girən oğru öldü

"Arsenal"ın yarımmüdafiəçisi Məhəmməd Elneni xoşagəlməz hadisə ilə üzləşib.

Sportline.az xəbər verir ki, misirli futbolçunun Qahirə şəhərinin yaxınlığında yerləşən evində meyit aşkarlanıb. Cəsədi oyunçunun atası Naser Elneni tapıb.

Artıq ölən şəxsin kimliyi də müəyyənləşib. Cəsədin evə elektrik kabellərini oğurlamaq üçün girən şəxsə aid olduğu üzə çıxıb. Onun cərəyan vurması nəticəsində dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Elneninin paytaxt yaxınlığındakı evi bir müddət öncə xeyriyyə cəmiyyətinə ofis kimi işlətmək üçün verilib.