Futbolsevərlər üçün 3 möhtəşəm oyun
Bu gün futbolsevərlərin diqqəti Avropanın yaşıl meydanlarına yönələcək. SportLine.az xəbər verir ki, oyun günündə keçiriləcək üç qarşılaşma daha çox diqqət çəkir.
Futbol azarkeşləri La Liqanın 34-cü turundan təxirə salınan iki oyuna şahidlik edəcəklər. Meydana əvvəlcə "Barselona" və "Vilyarreal" komandaları çıxacaq. Bakı vaxtı ilə saat 22:00-da start götürəcək qarşılaşma gərgin mübarizə vəd edir. Ötən tur "Valensiya"nı məğlub edən "sarı sualtı qayıq", bu dəfə "Kamp Nou"da sensasiya axtaracaq.
23:30-da başlanacaq qarşılaşmada isə "Sevilya" və "Real" komandaları münasibətləri aydınlaşdıracaq. Madrid təmsilçisi qələbə qazanacağı təqdirdə "Atletiko"ya çatacaq. "Sevilya" isə Avroliqaya vəsiqə verən 7-ci pilləyə yüksələcək.
Nəhayət, gecənin ən maraqlı qarşılaşması İtaliya kubokunun finalına təsadüf edəcək. Əzəli rəqiblər "Yuventus" və "Milan" Romanın Olimpiya Stadionunda qarşılaşacaq.
09 may 2018
22:00 | "Barselona" - "Vilyarreal" | La Liqa
23:00 | "Yuventus" - "Milan" | İtaliya Kubokunun finalı
23:30 | "Sevilya" - "Real" | La Liqa