Gənc serbiyalı Avropa nəhənglərinin hədəfində
"Benfika"nın futbolçusu Luka Yoviç Avropa nəhənglərinin diqqət mərkəzindədir.
SportLine.az xəbər verir ki, hazırda Frankfurt "Ayntraxt"ında icarə əsasında çıxış edən 21 yaşlı hücumçu cari mövsümün sonunda iş yerini dəyişə bilər. "Goal.com" saytının məlumatına görə, "Barselona" serbiyalının xidmətində maraqlıdır.
Kataloniya təmsilçisi ilə yanaşı, Madrid "Real"ı, "Bavariya" və "Çelsi"nin L.Yoviçi heyətində görmək istədiyi bildirilir.
Qeyd edək ki, L.Yoviç Serbiya millisində də 3 oyun keçirib.