Gəncə stadionunda etiraz səsləri
Gəncə şəhər stadionunda "Neftçi" ilə oyundan əvvəl "Kəpəz" azarkeşləri Topaz Premyer Liqasından uzaqlaşdırılmalarına etiraz ediblər.
Sportline.az xəbər verir ki, bir qrup fanat narazılığını oyunda qonaq olan AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadova çatdırıb. Onlar Gəncəsiz futbolun qeyri-mümkünlüyünü, bunun elə ölkədə futbolun olmaması anlamına gəldiyini, bu addımın səhv olduğunu bildiriblər.
Cavadov isə etirazlara heç bir reaksiya verməyib.
sportnet.az