Gənclər Liqasının qalibi - "Qəbələ"
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək klub müəyyənləşib. SportLine.az xəbər verir ki, Sumqayıtda keçirilən həlledici görüşdə "Qarabağ"a məğlub olmayan "Qəbələ" növbəti mövsüm UEFA Gənclər Liqasında iştirak hüququ qazanıb.
Qeydə alınan bərbarlikdən sonra hər iki komandanın 60 xalı olsa da, ilk iki dövrədəki şəxsi oyunlara görə üstünlüyə malik (1:0, 2:2) "qırmızı-qaralar” ölkə çempionu adını və qitə miqyaslı turnirə vəsiqə qazanıblar.
Qeyd edək ki, "Qəbələ" UEFA Gənclər Liqasında Çempionlar yolunda mübarizə aparacaq. Azərbaycan turnirdə 2 komanda ilə təmsil olun bilər. Bunun üçüm üçün "Qarabağ”ın əsas komandası isə Çempionlar Liqasının qrupuna vəsiqə qazanmalıdır.