Gerrye daha bir il "Qarabağ"da

Donald Gerrye daha bir il "Qarabağ"da çıxış edəcək. SportLine.az xəbər verir ki, haitili futbolçu Ağdam təmsilçisi ilə başa çatan müqaviləsini daha bir il müddətinə uzadıb.

Başqa klubla danışıq aparmadığını deyən D.Gerrye bu həftə komandaya qoşulacağını bildirib.

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsümün əvvəlində "Qarabağ"a keçib.