Gerryenin çiyni çıxıb
Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınan "Qarabağ" - "Zirə" görüşündə zədələnən Donald Gerryedən xəbər var. SportLine.az saytının məlumatına görə, Haiti millisinin üzvünün çiyni çıxıb.
Oyundan sonra keçirilən mətbuat konfransında bu haqda məlumat verən baş məşqçis Qurban Qurbanov, "Gerryenin çiyni çıxıb. Həkimlər yerinə salıblar. Hələ ki başqa məlumat yoxdur", - deyə bildirib.
Qeyd edək ki, matçın 33-cü dəqiqəsində zədələnən Donald Gerryeni Ansi Aqolli əvəzləyib.