Gerye mövsümün son turunda oynamayacaq

Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Qarabağ" görüşünə Ağdam təmsilçisi itki ilə çıxacaq. SportLine.az xəbər verir ki, Donald Gerye komandasına kömək edə bilməyəcək.

"Keşlə" ilə görüşdə 4-cü sarı vərəqəni alan futbolçu cəzalı duruma düşüb.

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu mayın 21-də keçiriləcək.