Gerye "Qarabağ"la bağlı açıqlama verib

"Qarabağ"ın haitili futbolçusu Donald Gerye klubdakı taleyi ilə bağlı növbəti açıqlama verib.

Sportline.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan yarımmüdafiəçi hazırkı klubundan ayrılmayacağını deyib: "Bu məsələ bağlanıb. "Qarabağ" məni buraxmağı və ya satmağı planlaşdırmır. Müqaviləmin sonuna kimi komandada qalacam".

Qeyd edək ki, Geryenin "Qarabağ"la müqaviləsi yayda başa çatır.