Geryenin komandası finala çıxa bilmədi

"Qarabağ”ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi CONCACAF “Gold Cup”da yarımfinal oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda Meksika yığması ilə qarşılaşıb. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada hesabı açan Meksika yeganə qolla finala yüksəlib.

Haiti - Meksika - 0:1
Qol: Raul Ximnes, 93-pen

Start heyətdə meydana daxil olan Gerye 100-cü dəqiqədə Mikael Kantava ilə əvəzlənib.

Qeyd edək ki, Meksika finalda Yamayka - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.