Geryenin komandası yarımfinalda

KONKAKAF "Gold cup 2019"da 1/4 final mərhələsinə start verilib.

Sportline.az xəbə verir ki, "Qarabağ"ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi bu mərhələdə Kanada seçməsi ilə qarşılaşıb və əzmkar qələbə qazanıb. İlk hissədə 0:2 hesabı ilə geri düşən haitililər ikinci yarıda 3 qol vuraraq, möhtəşəm geridönüş ediblər. Komandanı yarımfinala çıxaran qələbə qolunu isə 76-cı dəqiqədə məhz Gerye vurub.

Qeyd edək ki, start heyətdə meydana çıxan Gerye 83-cü dəqiqədə əvəzlənib.