"Gözlədiyimiz oyunun şahidi olduq" - Elşad Əhmədov
“Neftçi” ardıcıl iki oyundu xal itirirdi. Aqressiv olacaqlarını bilirdik". SportLine.az Matc.az saytına istinadən xəbər verir ki, məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib.
Topaz Premyer Liqasının XIX turunda "Neftçi"nin qonağı olan debütant səfərdən məğlub dönüb - 0:3.
Oyunsonrası mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "Gözlədiyimiz oyunun şahidi olduq. “Neftçi” bizdən üstün oynayırdı. Komandamın ilk hissədəki oyunundan razı qalmadım".
- Təmkin Xəlilzadəni erkən əvəzlədiniz. Bu, zəif oyuna görə idi?
- Təmkinin hərarəti var idi. Oyuna 38 dərəcə qızdırmada çıxmışdı. Əvəz etməyim bununla bağlı idi.
- Cavid İmamverdiyevin ehtiyatda olmasına səbəb nə idi?
- Cavid zədədən əziyyət çəkirdi. İki gündü komanda ilə birgə məşq edirdi. Ona görə bu gün risk etmək istəmədik.