Transfer pəncərəsindən baxış

Azərbaycan Premyer Liqası klubları mövsümlərarası fasilədə heyətə əl gəzdirməkdədirlər. 

Sportline.az yenilikləri təqdim edir:

 

“Qarabağ”
Gələn: yoxdu
Gedənlər: Yakub Jezniçak ("Visla", Polşa), Nicat Süleymanov ("Zirə": icarəyə), İnnosent Emeqara, Reynaldo Silva, Con Delarj
Müqavilə müddətini artıranlar: Miçel, Qara Qarayev, Rəşad Sadıqov, Şahruddin Məhəmmədəliyev

 

“Neftçi”
Gələnlər: Rauf Əliyev, Vojislav Stankoviç (hər ikisi "Qəbələ"), Dario Frederiko ("Daequ", Cənubi Koreya)
Gedənlər: Ruslan Abışov ("Sabah"), Məhəmməd Mirzəbəyov, Qoran Paratski, Petru Raku, Canluka Sansone
Müqavilə müddətini artıran: Səlahət Ağayev


"Səbail"
Gələnlər: Kamal Bayramov ("Zirə"), Urfan Abbasov ("Qəbələ"), Turan Manafov ("Zaqatala")
Gedənlər: Fərhad Vəliyev (karyerasını bitirib), Kevin Kubemba ("Sabah"), Ruslan Qurbanov ("Keşlə"), Tamazi Tsetsxaladze, İmanol İriberri, Enrike Moura Perilyo, Tome Kitanovski
Müqavilə müddətini artıranlar: Rahid Əmirquliyev, Vüqar Bəybalayev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Aleksandr Rıbka

 

“Qəbələ”
Gələn: yoxdu
Gedənlər: Cavid Hüseynov, Elvin Camalov (hər ikisi "Zirə"), Rauf Əliyev, Vojislav Stankoviç(hər ikisi "Neftçi"), Urfan Abbasov ("Səbail"), Stiven Jozef Monroz, Lalavele Atakora, Sabien Lilay
Müqavilə müddətini artıran: yoxdu


“Zirə”
Gələnlər: Elvin Məmmədov ("Sumqayıt"), Cavid Hüseynov, Elvin Camalov (hər ikisi "Qəbələ"), Nicat Süleymanov ("Qarabağ": icarəyə)
Gedənlər: Budaq Nəsirov ("Sportinq", Portuqaliya: icarə müddəti başa çatıb), Kamal Bayramov ("Səbail"), Vüqar Mustafayev ("Sumqayıt"), Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana, Dilan Duventru
Müqavilə müddətini artıranlar: Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca, Tellur Mütəllimov, Adrian Skarlatake


“Sumqayıt”
Gələnlər: Vüqar Mustafayev ("Zirə"), Amil Yunanov, Sərtan Taşqın (hər ikisi "Keşlə"), Elgün Nəbiyev ("Sabah": icarəyə)
Gedənlər: Elvin Məmmədov ("Zirə"), Cavid Tağıyev ("Sabah"), Rəşad Əzizli ("Keşlə"), Əli Babayev
Müqavilə müddətini artıranlar: Vurğun Hüseynov, Şəhriyar Əliyev, Mehdi Cənnətov, Süleyman Əhmədov, Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov


“Sabah”
Gələnlər: Cavid Tağıyev ("Sumqayıt"), Kevin Kubemba ("Səbail"), Ruslan Abışov ("Neftçi")
Gedənlər: Elgün Nəbiyev ("Sumqayıt": icarəyə), Tərlan Əhmədli, Vanderson Silva, Bəxtiyar Soltanov, Novruz Məmmədov, Tərzin Cahangirov, Erik Ramos

Müqavilə müddətini artıran: yoxdu


“Keşlə”
Gələnlər: Rəşad Əzizli ("Sumqayıt"), Ruslan Qurbanov ("Səbail")
Gedənlər: Amil Yunanov, Sərtan Taşqın (hər ikisi "Sumqayıt"), Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Edvinas Girdvainis, Denis Silva Kruz, Nikola Mitroviç, Conatan Ayite, Andre Klennon, Valeri Kutsenko, Anxelo Pena
Müqavilə müddətini artıranlar: Slavik Alxasov, Azər Salahlı, Cabir Əmirli