Gürcüstan klubunun qələbəsində futbolçumuzun da payı oldu

Gürcüstan I Divizionunda 24-cü turun oyunları baş tutub.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi "Samtredia" klubu evdə "Kolxeti"ni 3:0 hesabı ilə üstələyib.

Nicat oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. 27 yaşlı yarımmüdafiəçi 45+1-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb. Bu, Nicatın çempionatda beşinci oyunda üçüncü qolu olub. Qurbanov iki məhsular ötürmə də verib.

"Samtredia" 24 turdan sonra 50 xalla 2-cidir. Turnir cədvəlində 58 xalla Tbilisinin "Merani" klubu başçılıq edir.