Gürcüstanlı futbolçu "Qəbələ"nin hədəfində
"Qəbələ" klubu heyəti gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, söhbət "Saburtalo"nun hücumçusu Davit Volkovidən gedir.
Qeyd edək ki, peşəkar karyerasına 2012-ci ildə "Qaqra" klubunda başlayan 23 yaşlı forvard 2013-2015-ci illərdə Tiblisi "Dinamo"sunda oynayıb. 2017-ci ildən "Saburtalo"nun formasını geyinən Volkovi Gürcüstan çempionatında 45 oyuna 18 qol vurub.