Hacının komandası Superkubokun qalibi oldu

Rumıniya Superkubokunun qalibi müəyyənləşib. 

 Sportline.az xəbər verir ki, həlledici qarşılaşmada ötən mövsümün çempionu "ÇFR Kluj" ilə ölkə kubokunun qalibi "Vitorul" üz-üzə gəlib.

Andrey Arteanın vurduğu top Georgi Hacının baş məşqçisi olduğu “Vitorul”a qələbə qazandırıb – 1:0.
Bununla da “Vitorul” tarixində ilk dəfə Rumıniya Superkubokunun qalibi olub.