Hakim birdəfəyə 6 qırmızı vərəqə göstərdi

Braziliya A Seriyasında ötən gecə keçirilən "Palmeyras" - "Flamenqo" qarşılaşması (1:1) qalmaqalla yadda qalıb. SportLine.az xəbər verir ki, matçın əsas vaxtına əlavə edilən dəqiqələrdə iki komandanın futbolçuları arasında vəziyyət gərginləşib. Matçın baş hakimi Braulio Da Silva Maşado isə hadisənin ardından hər iki komandanın üç futbolçusunu meydandan qovub.

"Palmeyras"ın heyətində Dudu, Jeylson və Luan, "Flamenqo"dan isə Qustavo Kuelyar, Enrike Durado və Xonas qırmızı vərəqə ilə cəzalandırılıb.