Hakim qol vurdu

Hollandiyanın IV Divizionunda futbol meydanlarında nadir rast gəlinən hadisə yaşanıb. 

Sportline.az xəbər verir ki, "Harkemase Boyz" - "Hoek" görüşünün baş hakimi qol vurub. Qonaqlar hücum zamanı topu qapı qarşısına ötürüblər. Cərimə meydançasında olan hakimə dəyən top qapıya daxil olub. Buna baxmayaraq qarşılama "Harkemase Boyz"un qələbəsi ilə yekunlaşıb - 4:2.