Hakimin yumruğuna tuş gələn futbolçu xəstəxanaya aparılıb

Hollandiyanın aşağı liqasında keçirilən görüşdə qalmaqal baş verib.

Sportline.az xəbər verir ki, “Gil-Vit” - “VV Uno” matçında futbolçular arasında dava düşüb. Hadisəyə müdaxilə edən hakim futbolçulardan birinə yumruq zərbəsi endirib.

Zərbənin təsirindən huşunu itirən futbolçu təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.