Hakim Zieş "Sevilya"ya "yox" dedi

“Ayaks”ın futbolçusu Hakim Zieş transfer barədə açıqlama verib.

Sportline.az xəbər verir ki, oyunçu onun xidmətində maraqlı olan “Sevilya”ya görə “Ayaks”dan ayrılmayacağını bildirib.

Qeyd edək ki, Hollandiya klubu 26 yaşlı yarımmüdafiəçinin keçidi üçün 30 milyon avro tələb edir. Futbolçu ilə “Liverpul”, “Arsenal” və “Roma”nın da maraqlandığı bildirilir.