Hakim Ziyeş: "Bu, bizə bir az problem yaratdı"

Çempionlar Liqasının yarımfinalının "Tottenhem" - "Ayaks" (0:1) görüşündən sonra qonqlardan Hakim Ziyeş açıqlama verib.

Sportline.az xəbər verir ki, futbolçu komandasının qələbəni çətinliklə qazandığını bildirib.

"Məncə, ilk hissəni yaxşı oynadıq. Hesabı 2-0 edə bilərdik. Musa Sissokonun meydana girməsi ilə sistemi dəyişdirdilər. Bu, bizə bir az problem yaratdı. Öz oyunumuzu oynaya bilmədik, amma sona qədər mübarizə apardıq. Müdafiədə əla çıxış etdik".