Hakim Ziyeş üçün transfer açıqlaması

"Ayaks"ın parlayan ulduzu Hakim Ziyeş nəhəng klubların hədəfindədir.

Sportline.az xəbər verir ki, bu barədə "Ayaks"ın futbol direktoru Overmars rəsmi açıqlama verib.

"Ziyeşi istəyən çox klub var. O, nəhəng komandaların hədəfindədir. 3 il öncə bizimlə müqavilə bağlayarkən ona gələcəkdə hansısa kluba gedəcəyi halda, əngəl törətməyəcəyimizi bildirmişdik. Bu barədə ona söz vermişik".

Qeyd edək ki, Hakim Ziyeş son mövsümdə çıxdığı 49 oyunda 21 qol, 24 məhsuldar ötürmə ilə yadda qalıb.