Hakim Ziyeşin transfer qiyməti açıqlandı

Hollandiyanın “Ayaks” klubu mərakeşli futbolçusu Hakim Ziyeşin transfer qiymətini açıqlayıb.

Sportline.az xəbər verir ki, Hollandiya mediyasının məlumatına əsasən 26 yaşlı oyunçunun transfer məbləği 35 milyon avro dəyərində qiymətləndirilib.

Komandanın idman direktoru Mark Overmans açıqlamasında bir çox klubun Ziyeşi transfer etmək niyyətində olduğunu və yaxşı təklif gələrsə, qəbul edəcəklərini bildirib.

Xatırladaq ki, mərakeşli futbolçu son mövsüm 46 oyunda 21 qol vurub.