Hakimdən inanılmaz səhv

Şotlandiya Çempionşipində keçirilən "Patrik Sizl" - "Qrinok Morton" görüşü qeyri-adi hakim səhvi ilə yadda qalıb. 

SportLine.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Kris Dulanın vurduğu qol hakim tərəfindən qeydə alınmayıb. 

Videorəkrardan yan xətt hakiminin qolu görmədiyi və daha sonra auta işarə etdiyi görünür. O, baş hakimə qol olmadığını deyir və nəticədə, qol qeydə alınmır. 

"Patrik Sizl" matçı 50-ci dəqiqədə vurduğu digər qolla qalib bitirir.