Hakimi döyən futbolçuya ağır cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, bu dəfə də aşağı yaş qrupu üzrə çempionatlarda maraqlı hadisələr, qalmaqallar yaşanıb, futzal liqasında hakim döyülüb.

İntizam Komitəsi bu səbəbdən bir neçə komandaya texniki məğlubiyyət verib, bəzi ağır cəzalar tətbiq edib. Diqqət çəkən cəza və cərimələr aşağıdakılardır:

U-12 Liqasında keçirilməsi nəzərdə tutulan "Qələmçə” –"Gülül” matçı "Gülül” komandasında oyunçu sayı düz olmadığına görə keçirilmədiyi üçün qonaq komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir.

U-12 Liqasında UGİM (Goranboy) – UGİM (Naftalan) görüşü UGİM (Naftalan) komandası təyin olunan vaxtda gəlmədiyi üçün oyun baş tutmayıb. Bu səbəbdən Naftalan komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.

U-11 Liqasında keçirilən "Təbriz” TİM (Gəncə) – "Çinar” UGFHK oyununundan sonra "Təbriz” TİM komandasında protokolda adı qeyd edilməyən oyunçu aşkar olunduğu üçün "Təbriz” TİM komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.

U-10 Liqasında UGİM Ulduz (Mingəçevir) – UGİM (Naftalan) oyunu UGİM (Naftalan) komandası təyin olunan vaxtda gəlmədiyi üçün qarşılaşma baş tutmayıb. Bu səbəbdən (Naftalan) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.

U-13 Qızlar Liqasında "Gənclik” – "Qəbələ” oyununda "Gənclik” komandası oyuna çıxmaqdan imtina etdiyi üçün 0:3 hesablı texniki məğlubiyyət verilir.

Futzal üzrə İkinci Liqada keçirilmiş "Star karqo-2” - "Timsport” oyununda "Timsport” komandası təyin olan vaxtda meydana çıxmadığı üçün qonaqlara 0:5 hesablı texniki məğlubiyyət verilir.

Futzal üzrə Birinci Liqada keçirilmiş "Baku Fans” – "Baku Fire-2” oyununda "Baku Fans”ın üzvü Eldost Paşayev rəqibi ayaqla bilərəkdən vurduğuna, hakimi təhqir etdiyinə, həmçinin hakimə fiziki təzyiq göstərdiyinə görə 10 oyun cəzalandırılır.

Futzal üzrə Birinci Liqada "Veqa” – "Forza Neftçi” oyunu "Veqa” komandası təyin olunmuş vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Buna görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.