Azarkeşlər hakimi qəddarlıqla döydülər

Ukraynanın Zakarpattye vilayəti çempionatının VII turunda qalmaqal baş verib.

Sportline.az xəbər verir ki, "Karpatı" (Dubovoye) komandasının doğma meydanda "Polyana"ya 1:2 hesabı ilə uduzduğu matçdan sonra meydana azarkeşlər daxil olub.

Onlar baş hakim Valeri Şkuraya hücum ediblər. Referini yerə sərən fanatlar təpikləməyə başlayıblar. Ədalət təmsilçisini döyənlər arasında "Karpatı"nın keçmiş baş məşqçisinin olduğu da bildirilir.

Qeyd edək ki, bu, 2019-cu ildə Ukraynada hakimə hücum edildiyi ilk hal deyil. II Liqada "Niva" və "Polesye" arasındakı XXI tur matçında da meydan sahiblərinin fanatları baş hakim Denis Reznikovu döyüblər. Polisin müdaxiləsinə baxmayaraq, referi ciddi xəsarət alıb.