Hakimlər Mingəçevirə toplaşırlar

Yanvarın 12-dən Mingəçevir şəhərində futbol üzrə Azərbaycan Premyer Liqası və I Divizionunun oyunlarını idarə edən hakimlər üçün təlim-məşq toplanışı başlanacaq.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin rəhbərlik edəcəyi hazırlıq prosesinə, ümumilikdə, 44 ədalət təmsilçisi cəlb olunub. "Kür Hotel”də məskunlaşacaq heyət iki qrupa bölünəcək.

Premyer Liqanın hakim və hakim köməkçilərinin yer aldığı birinci qrupun təlim-məşq toplanışı 12 - 19 yanvarda olacaq.

Hakimlər: Ağayev Əliyar, Bayramov Səbuhi, Cabbarov Rauf, Əhmədov Rəşad, Həmzəzadə Rəvan, Həsənli Vüqar, Həsənov Rəhim, Məmmədov İnqilab, Məmmədov Orxan, Yunusov Alik

Hakim köməkçiləri: Abbasov Yaşar, Abdullayev Elşad, Bayramov Vüqar, Cəbrayılov Əli, Əliyev Müslüm, Əliyev Nahid, Əmiraslanov Knyaz, Əmirəli Akif, Hüseynov Namiq, İbrahimov Eyyub, Məmmədov Qəzənfər, Məmmədov Rza, Quliyev Cəmil, Ramazanov Rahil, Talıbov Pərvin, Yusifov Cavanşir

I divisionun hakim və hakim köməkçilərindən ibarət ikinci qrup isə 19 - 26 yanvarda hazırlıq keçəcək.

Hakimlər: Allahverdiyev Rauf, Bəkirov Namiq, Həsənov Etibar, İsmayıllı Nicat, Məmmədov İslam, Nağıbəyov Emin, Nağıyev Nail, Nəsirov Ziya, Rəcəbov Rövşən, Umudlu Kamal, Xasıyev Nahid, Yusifzadə Cahangir

Hakim köməkçiləri: Abbasov Zöhrab, Cəfərov Rəşadət, Əmrahov Səbuhi, Əsgərzadə Elxan, Kərimov Elman, Məmmədov Taleh, Qənbərov Vüsal, Quliyev Ruslan, Soltanov Səbuhi, Süleymanov Elmin, Teymurov Teymur

İstedad qrupu: Aydınov Kamil, Hacıyev Fərid, Rəhimov Kamranbəy, Məsiyev Elçin, Zeynalov Kərim

Qeyd edək ki, təlim məşq-toplanışında məsləhətçi qismində UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və Avropa futbol qurumunun danışılmış oyunlara qarşı nümayəndəsi Seymur Səlimli də iştirak edəcək.