Hakimlərimiz Avropa çempionatının elit raundunda

FIFA hakimlərimiz 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rauf Cabarov və Akif Əmirəli 19 - 27 martda Niderlandda keçiriləcək 2-ci, Rəhim Həsənov və Mübariz Haşımov isə 25 mart - 2 apreldə Macarıstanda təşkil olunacaq 7-ci qrupun oyunlarında iştirak edəcəklər.

Qeyd edək ki, 2-ci qrupda Niderland, Çexiya, İsrail və Şimali İrlandiya, 7-ci qrupda isə Belçika, Macarıstan, Norveç, Bosniya və Herseqovina yığmaları mübarizə aparacaq.