Hakimlərin toplanışı Türkiyədə yox, Azərbaycanda olacaq

Topaz Premyer Liqasının hakimlərinin qış təlim-məşq toplanışını keçirəcəyi məkan müəyyənləşib.

SportLine.az xəbər verir ki, bu barədə AFFA-nın Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik bildirib.

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərin suallarını cavablandıran avstriyalı deyib ki, qış hazırlığı ölkə daxilində gerçəkləşəcək. Hakimlərimiz mövsümün ikinci yarısına Mingəçevirdə hazırlaşacaq.

Qeyd edək ki, hakimlərimizin son toplanışı Türkiyədə təşkil olunmuşdu.