Halldorsson Çempionlar Liqasında ilk oyunu buraxacaq

Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Olimpiya" - "Qarabağ" görüşü ərəfəsində Ağdam təmsilçisi itki ilə üzləşib. SportLine.az xəbər verir ki, "köhlən atlar"ın yeni qapıçısı Hannes Halldorsson zədə səbəbilə Sloveniyada keçiriləcək görüşü buraxacaq.

Bu barədə ölkəsinin mətbuatına məlumat verən qapıçı DÇ-2018-in 3-cü turu çərçivəsində Xorvatiya ilə görüşdən öncə zədələndiyini bildirib.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı ilk oyun iyulun 11-də Lyüblyanada keçiriləcək. Cavab qarşılaşması isə iyulun 18-də Bakıda olacaq.