Halldorsson "Qarabağ"da bu formanı geyinəcək

"Qarabağ"ın yeni transferi Hannes Halldorssonun hansı nömrə ilə çıxış edəcəyi müəyyənləşib. SportLine.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, İslandiya millisinin üzvü "1" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək bu nömrə Anton Kanibolotskiyə məxsus idi.