Halldorssonun yeni klubu müəyyənləşib

"Qarabağ"la vidalaşan Hannes Tor Halldorsson karyerasını vətənində davam etdirəcək.

Sportline.az xəbər verir ki, islandiyalı qapıçı doğulduğu Reykyavik şəhərinin "Valur" komandası ilə anlaşıb. Hannes yaxın günlərdə yeni klubu ilə müqavilə bağlayacaq.

Qeyd edək ki, ötən il Danimarkanın "Randers" klubundan "Qarabağ"a transfer olunan Hannes 4 Premyer Liqa, 4 avrokubok matçında iştirak edib.