Harri Keyn "Tottenhem"ə 3 xal qazandırdı

İngiltərə Premyer Liqasında 21-ci tura yekun vurulub.

Sportline.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Fulhem” doğma meydanda “Tottenhem”lə qarşılaşıb və minimal hesabla uduzub.

Hazırda 50 xalı olan “Arsenal” vahid liderdir. “Mançester Siti” 45 xalla ikincidir. “Nyukasl” və “Mançester Yunayted”in 39, “Tottenhem”in də 35 xalı var.

İngiltərə Premyer Liqası
21-ci tur

23 yanvar

Fulhem – Tottenhem 0:1
Qol: H.Keyn, 45+1