"Heç-heçəni uğurlu nəticə hesab edirəm" - Malta millisinin baş məşqçisi
Malta millisinin baş məşqçisi Reymond Farrucia UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində Azərbaycana qarşı keçirilən görüşdən sonra fikirlərini bölüşüb:
“Azərbaycan millisi çox yaxşı komandadır. Əldə edilən heç-heçəni komandam üçün uğurlu nəticə hesab edirəm. İrəliyə doğru addımlayırıq. Deyə bilərəm ki, daha yaxşı oynayırıq. Dəyişməliyik. Bu baxımdan bugünkü oyun komandam üçün olduqca önəmli idi”.