"Həftənin ən yaxşısı" müəyyənləşdi

UEFA Çempionlar Liqasında "həftənin ən yaxşı futbolçusu"nun adını açıqlayıb. SportLine.az xəbər verir ki, onlayn səsvermədə "Tottenhem"in müdafiəçisi Yan Vertonqen “Real”ın qapıçısı Tibo Kurtua, PSJ-nin yarımmüdafiəçisi Marko Veratti və “Roma”nın gənc oyunçusu Nikolo Zanyolonu üstələyib.

Qeyd edək ki, belçikalı oyunçu 1/8 final mərhələsinin ilk oyununda Almaniya "Borussiya"sını 3:0 hesabı ilə məğlub etdikləri görüşdə meydanda olub və bir qol vurub. O sözügedən qarşılaşmada 83 faiz dəqiqlikdə ötürmə verib.