Helikopterlə meydana enərək futbolçunu aparıblar

İtaliyanın Siciliya əyalətinin çempionatında mübarizə aparan “Viaqrande” komandasının üzvü İqnatsio Barbaqallo karyerasını qeyri-adi formada bitirib.

Sportline.az xəbər verir ki, “Nebrodi” klubu ilə qarşılaşmada meydana helikopterlə enən naməlum şəxslər 55 yaşlı oyunçunun qollarından tutaraq özləri ilə aparıblar. Hadisədən təşvişə düşən fanatlarla futbolçular sonradan Barbaqallonun karyerasını qeyri-adi formada başa vurmaq üçün bu addımı atdığını biliblər.

İtaliya Futbol Federasiyasının oyunçuya 200 avro cərimə verəcəyi və 31 may 2019-cu il tarixinədək diskvalifikasiya edəcəyi gözlənilir.