"Hər iki görüşdə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik" - Rüfət Dadaşov
Almaniyanın “Proysen” klubunda çıxış edən Rüfət Dadaşov "Bild" nəşrinə müsahibə verib. SportLine.az xəbər verir ki, futbolçu milli komandaya yenidən dəvət olunmağından danışıb və qarışdakı görüşlər barədə fikirlərini bölüşüb.
- Azərbaycan millisinə dəvət sizi təəccübləndirdi?
- Yenidən vətənim üçün oynamağı aruzlayırdım. Düzü, belə tez dəvət gələcəyini gözləmirdim. Buna görə, “Proyssen” klubuna və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm.
- Orada əsas heyətə düşmək şansınızı necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, oynayacağıma ümid edirəm. Lakin hücum xəttində rəqabətin hansı səviyyədə olduğunu bilmirəm. Uzun müddətdir milliyə çağırılmadığımdan digər oyunçuların çoxundan xəbərim yoxdur.
- “Proyssen”in sabiq futbolçusu Dmitri Nazarov da Azərbaycan millisinə çağırılıb.
- Bəli, o, Bakıya mənimlə birlikdə gəldi. Biz yaxın dostuq. Eyni zamanda millidə eyni otaqda qalırıq.
- Bakıda anadan olmusunuz və ailəniz hazırda orada yaşayır. Onlarla görüşmək imkanınız oldumu?
- Bəli, bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşdim. Hər kəsi yenidən görmək çox gözəl idi.
- Millətlər Liqasının növbəti turunda oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşacaqsınız. Komandanızı nə gözləyir?
- Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik.
Qol.az