Ronaldudan uzun müddət futbolda qalmağın sirləri
Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo futbolda necə uzun müddət oynamağın sirləri haqda danışıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, 34 yaşlı oyunçu bununla bağlı deyib: "Hər şey hazırlıqdan aslıdır. 34 yaşım olmasına baxmayaraq, özümü əla hiss edirəm. Ən əsası, sənin düşüncələrindir. Özünü həvəsli və xoşbəxt hiss etməlisən. Düşünürəm ki, mənim futbol meydanında hələ deməyə sözüm var".
Qeyd edək ki, Ronaldo başa çatan mövsümdə A seriyasında 31 matçda 21 qol vurub, 11 qolun ötürməsini verib.