"Hoffenhaym"dan yeni transfer

“Hoffenhaym” klubu heyətini güclədirib.

Sportline.az xəbər verir ki, Almaniya komandası danimarkalı yarımmüdafiəçi Robet Skovu transfer edib.

23 yaşlı futbolçunun keçidi “Hoffenhaym”a 15 milyon avroya başa gəlib. Robert Skov yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, o, “Kopenhagen”in heyətində ötən mövsüm 54 oyunda 30 qol vurub.