Hollandiya çempionunun adına aydınlıq gətirildi

Hollandiya Erediviziyasında 2018/19 mövsümünə yekun vurulub. 

Sportline.az xəbər verir ki, sonuncu turda "De Qrafsap"a 4:1 hesabı ilə qalib gələn "Ayaks" çempionluğu rəsmiləşdirib.

34-cü dəfə bu titula yiyələnən amsterdamlılar, ən yaxın izləyiciləri PSV-ni 3 xal geridə qoyublar.