Hollandiya klubunda baş məşqçi istefası

Niderlandın PSV klubu baş məşqçisi Mark van Bommellə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə Eyndhoven təmsilçisinin rəsmi saytı məlumat yayıb. Van Bommelin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

PSV hazırda Erediviziyada lider “Ayaks”dan 10 xal geri qalır və 4-cü sıradadır.

Qeyd edək ki, Van Bommel 2018-ci ilin yayından PSV-ni çalışdırırdı.