Hollandiya millisi Sneyderi qələbə ilə yola saldı
Hollandiyalı futbolçu Uesli Sneyder milli komandadakı karyerasını bitirib.
SportLine.az xəbər verir ki, vida matçında "narıncılar" Peru ilə üz-üzə gəliblər. Görüş Hollandiya futbolçularının qələbəsi ilə yekunlaşıb - 2:1.
Meydana start heyətində çıxan U.Sneyder 62-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Sneyder Holladiya yığmasında 2003-cü ildə debüt edib. O, yığmanın heyətində 2010-cu ildə dünya çempionatının gümüş, 4 il sonra isə bürünc medalını qazanıb.
Əlavə edək ki, millidə 134 oyuna çıxan Sneyder 31 qol vurub.