Hollandiya millisinin üzvü "Barselona"nın hədəfində

"Barselona" daha bir hücumçu ilə ciddi maraqlanır.

Sportline.az xəbər verir ki, kataloniyalılar Hollandiya millisinin üzvü Kvinsi Promesi heyətə cəlb etmək niyyətindədirlər.

İspaniya mətbuatında yayılan məlumata görə, klubun təmsilçiləri, onun Hollandiya - Almaniya matçındakı çıxışını stadiondan izləyiblər.

Qeyd edək ki, Moskva "Spartak"ının sabiq forvardı, şərəfini qoruduğu "Sevilya"nın heyətində 43 oyuna 3 qol vurub.