Hollandiyadan "Keşlə"yə

"Keşlə" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Hollandiyanın "NEC Nijmegen" komandasında çıxış edən Ziya Əzizovu heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Ziya Əzizov Azərbaycanın U-21 millisinin üzvüdür.