I Divizion: 26-cı turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan I Divizionunda XXVI turun oyun cədvəli müəyyənləşib. 

SportLine.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə keçiriləcək. Turnir cədvəlinin birinci pilləsinə yüksələn "XƏzər" "Zaqatala" ilə üz-üzə gələcək. 

Qeyd edək ki, bütün oyunlar saat 16:00-da start götürəcək. 

4 may (cümə)

"Mil-Muğan” – "Şüvəlan”
Heydər Əliyev adına İmişli şəhər stadionu

"Xəzər” – "Zaqatala”
"İnter Arena”

"Turan Tovuz” – "Qaradağ Lökbatan”
Tovuz şəhər stadionu 

"Ağsu” – "Binə”
Ağsu şəhər stadionu

MOİK – "Sabah”
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu