I Divizion: ilk tur yekunlaşdı

Futbol üzrə Azərbaycan I Divizionda ilk tura yekun vurulub.

Sportline.az xəbər verir ki, görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb. 

22 avqust (cümə axşamı)

“Qaradağ Lökbatan” 0-2 “Sumqayıt-2”
(Baxşəli Baxşəliyev, 76; Elnur Cəfərov, 87)

“Neftçi-2” 1–1 “Keşlə-2”
(Elnur Süleymanov, 71 // Elmir Rəhimzadə, 67 (p.))

“Kəpəz” 2-2 MOİK
(Novruz Məmmədov, 15, 72 // Camal Camalov, 5; Tural Qürbətov, 69)

23 avqust (cümə)

“Zaqatala” 0–1 “Sabah-2”
(Reza Biqdelo, 70)

“Zirə-2” 3–4 “Ağsu”
(Seyxan Fərəcov, 21; Tacir Əlizadə, 61; Tapdıq Əhmədov, 66 // Qalib Əmrahov, 10; Ceyhun Rəcəbli, 11; Ramil Əliyev, 55; Malik Babayev, 90)

“Səbail-2” 1–2 “Turan Tovuz”
(Bahadur Həziyev, 69 // Murad Hüseynov, 44; Elvin İsmayılov, 73)