I Divizion klubu "Neftçi"yə rəqib oldu
Antalyada təlim-məşq toplanışında olan “Neftçi” daha bir yoxlama oyununu Bakıda keçirəcək.
SportLine.az xəbər verir ki, Tərlan Əhmədovun komandası “Sabah"la qarşılaşacaq. Bu barədə məlumatı birinci divizion klubunun mətbuat xidməti yayıb.
Fevralın 5-də İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək oyun saat 15:00-da başlayacaq.