I Divizionda 19-cu turun görüşləri keçirilir

Azərbaycan I Divizionda XIX tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 5 görüş keçirilib.

Lider MOİK komandası evdə "Səbail-2"ni, ikinci pillədəki "Sumqayıt-2" isə səfərdə "Neftçi-2"ni məğlub edib.

SportLine.az xəbər verir ki, bu nəticələrdən sonra "hərbçilər"lə "gənclik şəhəri" təmsilçisi arasındakı 4 xallıq fərq dəyişməyib. Əvəzində "Zaqatala" evdə "Şüvəlan"ı yenərək, 3-cü pillədəki "Neftçi-2" ilə xallarını bərabərləşdirib. Digər qarşılaşmalarda "Sabah-2" "Turan Tovuz"u darmadağın edib, "Qarabağ-2" isə 13-cü pillədəki "Ağsu"nu məğlub edə bilməyib.

13 mart (çərşənbə)

“Sabah-2” – “Turan Tovuz” - 3:0
Qollar: Ayxan Quluzadə, 40; Emil Qasımov, 44 (p.); Reza Biqdelo, 77
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Fritz Ştuxlik
AFFA nümayəndəsi: Erkin Hüseynov
Binə qəsəbə stadionu

“Zaqatala” – “Şüvəlan” - 1:0
Qol: Cavad Kazımov, 80
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Zaqatala şəhər stadionu

“Qarabağ-2” - “Ağsu” - 0:0
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Taleh Məmmədov, Etibar Həsənov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Azersun Arena”

“Neftçi-2” – “Sumqayıt-2” - 1:2
Qollar: Vüsal Əsgərov, 16 - Elvin Nəsibov, 5; İbrahim Əliyev, 47
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena” (pfl.az/canlı)

MOİK – “Səbail-2” - 2:0
Qollar: Əli Sadıxov, 12. Raul Yaqubzadə, 44
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Səbuhi Soltanov, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14 mart (cümə axşamı)

“Keşlə-2” – “Kəpəz”
Hakimlər: Nail Nağıyev, Elxan Əsgərzadə, Elmin Süleymanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena” (pfl.az/canlı)

“Qaradağ Lökbatan” – “Zirə-2” 
Hakimlər: Ziya Nəsirov, Ruslan Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, bütün görüşlər saat 15:00-da başlayacaq.