I Divizionda 21-ci tur yekunlaşdı

Birinci divizionda XXI tura yekun vurulub. SportLine.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma keçirilib.

MOİK və "Şüvalan" matçında qapılara qol vurulmayıb. "Sabah" "Zaqatala"nı 3:1 hesabı ilə məğlub edib. "Turan Tovuz" isə "Mil Muğan"ı 1:0 hesabı ilə üstələyib.

30 mart (cümə) 

"Turan Tovuz” – "Mil-Muğan” - 1:0

Qol: İlkin Rzayev, 83
Hakimlər: Rövşən Rəcəbov, Elşən Acalov, Müslüm Əliyev, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Novil İsmayılov
Hakim-inspektor: Əvəz Şıxıyev 
Tovuz şəhər stadionu 

MOİK – "Şüvəlan” - 0:0 

Hakimlər: Rəşad Əhmədov, Azər Əsgərov, Nahid Əliyev, Elgün Hüseynov
AFFA nümayəndəsi: Qabil Nərimanov
Hakim-inspektor: Ramiz Əsədov
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu

"Sabah” – "Zaqatala” - 3:1

Qollar: Emin Mehtiyev, 29, 48, İlqar Ələkbərov, 36 (p.) – Elvin Həsənov, 28
Hakimlər: Ramil Diniyev, Elmin Süleymanov, İsgəndər Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Əlniyaz Mirzəyev
Hakim-inspektor: Zöhrab Qədiyev 
Binə qəsəbə stadionu

1 Qaradağ Lökbatan 21 43
2 Xəzər 21 35
3 Şüvəlan 21 34
4 Binə 21 32
5 MOİK 21 31
6 Turan Tovuz 21 31
7 Sabah 21 30
8 Mil-Muğan 21 22
9 Ağsu 21 21
10 Zaqatala 21 15