I Divizionda 9-cu turun afişası açıqlandı

Azərbaycan I Divizionunda IX turun oyun cədvəli müəyyənləşib.

Sportnet.az xəbər verir ki, turun "Turan Tovuz” – "Keşlə-2” matçı 14:00, digər görüşləri isə saat 15:00-da başlanacaq.

1 noyabr (cümə axşamı)

"Turan Tovuz” – "Keşlə-2”
Tovuz şəhər stadionu

"Zirə-2” – "Kəpəz”
"AZAL Arena”

"Sumqayıt-2” - "Qaradağ Lökbatan” 
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

"Səbail-2” - "Zaqatala” 
"Bayıl Arena”

2 noyabr (cümə)

"Şüvəlan” - "Sabah-2”
"AZAL Arena”

"Ağsu” - "Neftçi-2” 
Ağsu şəhər stadionu

"Qarabağ-2” - MOİK 
Tofiq Bəhramov adına Respublika Stadionu